Ermənistan baş naziri Nikol Paşinyan yenə Rusiya Federasiyasının Gümrüdə yerləşdiyi 102-ci hərbi bazasının aqibəti haqda danışıb.
“Biz bu məsələni qaldırmadıq, çünki Rusiya dost ölkədir. Əgər istəsələr, sabah bazalarını çıxara bilərlər, amma saxlamaq istəsələr, biz bunu müzakirə etməyə hazırıq!
Bizə Rusiya bazası lazım deyil. Əgər Rusiya onu çıxarmaq istəsə, sabah geri çıxara bilər, amma saxlamaq istəsələr, Ermənistanda ehtiyacımız olmayan bir şeyin saxlanılması şərtlərini müzakirə etməyə hazırıq! Bu mövqedə nə aydın deyil?” – Baş nazir vurğulayıb.
Baş nazir həmçinin Rusiya ilə razılaşdırılmış ikitərəfli münasibətlərin “inventarlaşdırılması”nın davam etdiyini açıqlayıb. O bildirib ki, dəmir yolu və qaz çoxqatlı Ermənistan-Rusiya münasibətlərinin yalnız ayrı-ayrı komponentləridir və bu münasibətlərdə “problemlər, suallar və imkanlar” var.


























