image-44backend

“Paşinyan bu sınaqdan qalib çıxa bilsə, Ermənistanı xilas edə biləcək”

image-reklam_sirab_01
“Ermənistanın müxalifət nümayəndələrinin baş nazir Nikol Paşinyana qarşı hərbi çevrilişə və vətəndaş itaətsizliyinə yönəlik çağırışları artıb.Bu cağırışların arxasında Rusiya durur. Çünki bildiyimiz kimi bu gün keçirilən KTMT katiblərinin iclasında Ermənistan bu təşkilatdan çıxması ilə bağlı iddialar səslənir. Əslində bu təşkilatdan çıxmaq hesab edirəm ki, Paşinyanın ən böyük istəyidir” – bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa
Politoloq hesab edir ki, müxalifət nümayəndələrinin daha çox radikallaşmasını son iki hadisəylə əlaqələndirmək olar.
“Birinci hadisə Laçın yolunda sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasıyla əlaqəlidir, ermənilərin mövcud reallığı qəbul etməsi separatçıların sonun başlanğıcını yaxınlaşdırır. Müxalifət bu reallıqla barışmaq istəmir. İkinci hadisə baş nazir Nikol Paşinyanın Rəcəb Təyyub Ərdoğanın andiçmə mərasiminə qatılmasıyla bağlıdır. Ermənistan müxalifəti Paşinyanın Ərdoğanın ayağına getməsini müharibədə məğlub olan ermənilərin bir daha aşağılanması kimi qiymətləndirib. Erməni radikalları mövcud vəziyyətdən Nikol Paşinyanı devirməkdə, hətta fiziki cəhətdən yox etməkdə görürlər. Nikol Paşinyan onu devirməyə və öldürməyə səsləyənləri həbs etməsə ona qarşı planlar tərtib edənlər hərəkətə keçəcəklər. Bir sözlə qarşıdakı günlərdə Ermənistan çətin sınaqla qarşı- qarşıyadır. Paşinyan bu sınaqdan qalib çıxa bilsə, Ermənistanı xilas edə biləcək.”- deyə politoloq Arzuman Muradlı bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki