Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiya tərəfindən dindirilir. Vətəninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, iyunun 20-də 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatların şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında iştirak etmək üçün dəvət olunub. Nikol Paşinyan canlı yayımda komitə üzvlərinin suallarını cavablandırıb.. İndiyədək istintaq komissiyasında müharibə illərindən bir neçə yüksək rütbəli hərbçi çıxış edib, amma hamısı qapalı iclasda çıxış edib. Qeyd edək ki, hələ aprel ayında Nikol Paşinyan müxalifəti onu istintaq komissiyasında dindirməyə çağırmışdı. .