“Mən on dəfə bəyan etmişəm ki, əgər Ermənistan Respublikasının xalqı hakimiyyət dəyişikliyini istəyirsə, o zaman Ermənistan Respublikasının xalqı bu dəyişikliyi həyata keçirəcək.”
Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parlamentdə jurnalistlərin suallarını cavablandıranda deyib.
O, qeyd edib ki, Parlament binası yaxınlığında çoxlu sayda polis qüvvələrinin və xüsusi texnikanın toplanması qanunvericilik orqanının normal fəaliyyətini təmin etmək üçün lazımdır.