Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, dekabrın 4-də hökumətin iclasında ölkədə ifrat yoxsulluğun aradan qaldırılması yolunda son mərhələyə çatdıqlarını bildirib. Vətəninfo.az xəbər verir ki, Paşinyan, bununla yanaşı, təhsilin ifrat yoxsulluğun aradan qaldırılmasında əsas strategiya olduğunu vurğulayıb.
“Biz artıq çox yaxınıq və ifrat yoxsulluğun aradan qaldırılması üçün son səy göstərməliyik. Lakin biz reallıqla üzləşməliyik ki, təhsil bu məsələdə ən vacib faktordur. Çünki yalnız təhsil, insanların həyat şəraitini yaxşılaşdıracaq və onları yoxsulluqdan xilas edəcək”, – deyə Paşinyan qeyd edib.
“Biz qəbul edirik ki, verdiyimiz pul, bəzi hallarda kifayət etmir. Dövlətin verdiyi pul, əsasən, zibillik içində yaşayan uşaqlar üçün lazımi sanitar-gigiyenik şəraiti təmin etmək üçün yetərli deyil”, – deyə Paşinyan əlavə edib.


























