“Ermənistanın Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi planı hazırdır, – Ermənistanın baş nazir Nikol Paşinyan bildirib.
“Ermənistanın Elektrik Şəbəkələri QSC-nin milliləşdirilməsi planı hazırdır. Biz çox yaxın vaxtlarda praktiki mərhələyə keçəcəyik. Proseslər Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək”, – o, Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, hakimiyyət çox yaxın vaxtlarda “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana məxsus şirkətin milliləşdirilməsinin praktiki mərhələsinə keçəcək.