Vətəninfo.az xəbər verir ki, Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da Gürcüstana rəsmi səfərə gəlir.
Paşinyanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze qəbul edəcək. Geniş tərkibdə ayrıca görüşlər keçiriləcək, bundan sonra hökumət başçıları mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.