Vətəninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir qədər öncə Tehranda İranın ali rəhbəri Əli Xameneyi ilə bir araya gəlib.
Qeyd edək ki, Nikol Paşinyan və onu müşayiət edən nümayəndə heyəti bu gün səhər saatlarında İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün Tehrana səfər edib.