image-reklam-veteninfo
image-1backend

Paşinyan İssık-Kul gölündən gəzinti videosunu paylaşıb

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan İssık-Kul gölünün sahili boyunca velosiped gəzintisinə çıxıb. O, sosial media səhifəsində video paylaşıb.

O, videoya “Günə İssık-Kul gölünün sahili boyunca 30 kilometrlik velosiped gəzintisi ilə başladım” şərhini yazıb.

Paşinyan İssık-Kul bölgəsinin Çolpon-Ata şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının son iclasında iştirak etmək üçün Qırğızıstana gəlib. Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin baş nazirləri, eləcə də müşahidəçi dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri iştirak edirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki