image-1backend

Paşinyan Konstitusiyadan ərazi iddialarını çıxarmaq istəmir

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək növbəti dəfə yalan danışıb və ölkənin əsas qanunuda Azərbaycana qarşi ərazi iddiasının olmasını təkzib edib: “Azərbaycanın Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlı iddiaları ona əsaslanır ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə ümumi istinad, o da öz növbəsində Dağlıq Qarabağa istinad edir”. Bu isə, onun sözlərinə görə, sülh müqaviləsinin bağlanmasına mane olmur.

Paşinyan təkrar-təkrar deyir ki, sən demə, Əsas qanunun 3-cü hissəsinin 5-ci bəndinə əsasən, beynəlxalq müqavilələr Ermənistan Konstitusiyasından üstündür.

Ermənistan Konstitusiyasının 3-cü hissəsinin 5-ci bəndində Konstitusiyadan deyil, qanunlardan və qanunvericilik aktlarından bəhs edilir. Həqiqət budur ki, Ermənistan Konstitusiyasının 3-cü hissəsinin 116-cı maddəsinə əsasən, sitat: “Konstitusiyaya zidd olan beynəlxalq müqavilələr ratifikasiya edilə bilməz”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image