image-reklam-veteninfo
image-1backend

Paşinyan:”Mən 10 yepiskopu dəstəkləyirəm”

image-reklam-veteninfo

Xəbər verdiyimiz kimi bu gün saat 17:00-da Eçmiədzində II Qareqinin əlehdarları, tərəftarları və rusiyapərəst qüvvələr bir yerə toplaşır. Vətəninfo.az xəbər verir ki,  Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin mümkün toqquşma və ixtişaş haqda sualına cavab verib:

“Mən toqquşma ehtimalını istisna edirəm, çünki Ermənistan hüquq-mühafizə orqanları müəyyən edilmiş qanuna uyğun olaraq təxribatçı davranışla məşğul olan bütün şəxsləri zərərsizləşdirmək üçün bütün vasitələrə və imkanlara malikdir.

“Ermənistan Apostol Kilsəsi Ktriç Nersisyan və Ana Artosu ələ keçirən digər sekta qruplarından qorunmalıdır. Mən artıq mövqeyimi bildirmişəm: Ktriç Nersisyan və onun yaxın ətrafı Erməni Apostol Kilsəsinin təlimlərini ələ keçirən və təhqir edən sektaçılardır.

Mən 10 yepiskopun hərəkətlərinə rəhbərlik etmirəm, amma onları alqışlayır və dəstəkləyirəm.

Mən [Qareqini] onun ləyaqətli şəkildə yola salınmasını təmin ediləcək bir gündəmdə qəbul etməyə hazıram. O, görüşməyə hazır olan kimi mən də hazıram.”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki