image-reklam-veteninfo
image-1backend

Paşinyan: “Mənim günahım yəqin ki, bir az daha çoxdur”

image-reklam-veteninfo

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 20-də jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hər bir insan günahkardır və günahların miqdarı fərqli ola bilər.

Vətəninfo.az xəbər verir ki, Paşinyan “Mənim günahım yəqin ki, bir az daha çoxdur”, – deyə  əlavə edib.

Paşinyan bunu öz məsuliyyət səviyyəsi və statusunun xüsusiliyi ilə izah edib. Baş nazir qeyd edib ki, hər həftə kilsəyə gedərək günahlarının bağışlanmasını istəyir.

Paşinyan  əlavə edib ki, əvvəllər ölkədəki qeyri-mənəvi ab-hava səbəbindən liturgiyalarda indiki kimi davranmaq mümkün deyildi. “İndi ən böyük maneə dəf edilib. Mən Erməni Apostol Kilsəsinin sıravi davamçısı kimi mənəvi həyatımı tam şəkildə yaşaya bilirəm. İstəyirəm ki, bu, bütün Ermənistan vətəndaşları üçün də keçərli olsun”, – Paşinyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki