image-reklam-veteninfo
image-pasinyanbackend

Paşinyan müşavirini ZƏNGƏZURA göndərir-2 AYLIQ

image-reklam-veteninfo

Uzunmüddətli ezamiyyətin səbəbi və məqsədinin nə olduğu hökumətin rəsmi saytında dərc olunan sənəddə göstərilmir.

Veteninfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan baş nazirinin müşaviri Robert Qukasyan baş nazir Paşinyanın qərarı ilə iki aylıq  Zəngəzura ezamiyyətə gedəcək. Baş nazirin müvafiq qərarında bildirilir ki, ezamiyyət fevralın 16-dan aprelin 16-dək davam edəcək.
Qeyd olunur ki, Robert Qukasyanın ezamiyyəti ilə bağlı xərclər dövlət büdcəsində nəzərdə tutulmuş Baş Nazirin aparatının daxili ezamiyyətləri hesabına ödəniləcək.
Robert Qukasyan 2019-cu il avqustun 22-də Ermənistan baş nazirinin müşaviri təyin edilib. Bundan əvvəl 2017-2018-ci illərdə Çəmbərək icması rəhbərinin köməkçisi və müşaviri olub.

Ermənistan müxalifəti isə bu ezamiyyəti  Zəngəzur dəhlizinin həyata keçirilməsi prosesi ilə əlaqələndirirlər.müxalifət düşərgəsi hesab edir ki,Paşinyan müşavirini Zəngəzurda dəmir yolu xəttinin tikintisi ilə bağlı işlər,eyni zamanda dəhlizin keçəcəyi marşurut üzrə ərazilərlə tanış olmaq,ətraflı hesabat hazırlaması üçün göndərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki