image-ohaniyan-veteninfobackend

Paşinyan Şuşa fərarisi Ohanyanı yenə peşman etdi

image-reklam_sirab_01

Birinci ilkin şərt müvafiq sülh şəraitinin yaradılması, bu çərçivədə sərhədlərin müəyyənləşdirilməsi və demarkasiyasıdır”.

Veteninfo.az xəbər verir ki, bunu Ermənistan parlamentində müxalifətdə olan “Hayastan” fraksiyasının lideri,Şuşa fərarisi Seyran Ohanyan bildirib.

Ermənistan mediası xəbər verir ki, Ermənistan parlamentinin bu gün keçirilən iclasında müxalifət bloku: sərhədlərin müəyyənləşdirilməsi və demarkasiyası ilə bağlı gündəliyə bəyanat lahiyəsinin salınmasın təklif ediblər.Ohanyan çıxışı zamanı  parlamentin gündəliyinə delimitasiya və demarkasiya məsələləri ilə bağlı bəyanat layihəsinin daxil edilməsi məsələsinin müzakirəsi zamanı bildirib ki,  Ermənistan və  Qarabağın  mövcud sərhəd vəziyyəti erməniləri narahat edən məsələdir: “Məsələni gündəliyə daxil etməklə, məsələləri müzakirə edə bilməyimizlə yanaşı, bu gün sərhəddəki vəziyyəti öyrənmək və müzakirə etmək imkanı da var.Heç kim demir ki, biz sülh axtarmırıq, heç kim demir ki, bir gün qonşularımızla sərhədləri dəqiqləşdirməyək. Bəli, qonşularımız. Yəni münaqişə edən tərəf qonşu respublikaya çevrilməlidir. Birinci ilkin şərt müvafiq sülh şəraitinin yaradılması, bu çərçivədə sərhədlərin müəyyənləşdirilməsi və demarkasiyasıdır”.Ohanyan məsələnin plenar iclasın gündəliyinə daxil edilməsinin  lehinə səs verməyi təklif edib. Amma hakim partiya təmsilçiləri səsvermə zamanı yenə də Şuşa fərarisinin təmsil olunduğu fraksiyanın gündəliyə təqdim etdiyi bəyanatın əleyhinə səs veriblər. Bununla da dördüncü kəs parlamentin  müzakirəsinə çıxarılmasına cəht edən müxalif fraksiya istədiyinə nail ola bilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki