image-1backend

Paşinyan tərəddüd içərisindədir: Son qərar nə olacaq?

image-reklam_sirab_01

Artıq bir müddətdir ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı müzakirələr gedir. Rusiya ciddi-cəhdlə bu söz-söhbəti yalanlamaq istəsə də rəsmi İrəvanın son addımları onu deməyə əsas verir ki, artıq İrəvan KTMT-yə qayıtmayacaq. KTMT yarandığı vaxtdan həmin hərbi-siyasi strukturda yer alan Ermənistan birdən birə KTMT-də qopmasının səbəblərini açıqlamır. Həmin struktur yaranandan bəri Rusiya və Ermənistanın siyasi və ekspert dairələri Ermənistan cəmiyyətini KTMT-nin üzv dövlətlərlə Rusiya arasında münasibətlərlə bağlı hərbi-siyasi struktur olduğuna inandırıblar.

Reallıq budur ki,  KTMT həmişə üzv dövlətlərlə Rusiya arasındakı münasibətlərdən bəhs edən hərbi-siyasi struktur deyil, üzv dövlətlərlə “Geosiyasi Rusiya” arasındakı münasibətləri tənzimləyib. Rusiya onu üzv dövlətlərlə münasibətlərinə müttəfiqlik məzmunu vermək üçün yaratmayıb. Rusiya onu üzv dövlətləri “geosiyasi Rusiya”nın təsir dairəsində saxlamaq üçün yaradıb..

Bu mənada bu gün KTMT-Ermənistan münasibətlərində baş verənlər Ermənistanın KTMT-dən çıxmasından yox, Qərbin Ermənistana güclü təzyiqindən irəli gəlir.  Ermənistan Qərbdki tərəfdaşlarının dəstəyi ilə KTMT-dən uzaqlaşmaqdadır. Lakin bəllidir ki, bu ssenari Ermənistanın parçalanmasına səbəb ola bilər. Rusiya rəsmilərinin hədələyici bəyanatları onu deməyə əsas verir ki, rəsmi İrəvanın qərarı Ermənistan üçün faciəli ola bilər.

Bir sözlə indi Paşinyan hökuməti tərəddüd içərisində hansı qərar verəcəklərini analiz edirlər. Qərb uzaqdadır. Əgər ani bir səhf qərar Ermənistanı bitirə bilər. Erməni ekspertləri hesab edir ki, Rusiya 2008-ci ildə Gürcüstandakı vəziyyəti Ermənistanda tətbiq edə bilər. Bu isə Ermənistanın bir dövlət kimi tarix səhnəsindən silinməsi ilə nəticələnə bilər.

Dünən rəsmi İrəvan birmənalı olaraq Rusiya qoşunlarının Ermənistandan çıxarılmalı olduğunu bəyan edib. Bu İrəvanın son qərarıdırmı?. Maraqlıdır ki, rəsmi dairələr bu fikri açıqlasa da Rusiyada buna istehsa ilə yanaşırlar. Elə Dmitri Peskovun “Ermənistandan çıxa bilməz, bu onlar üçün çox çətin olar” açıqlaması sadəcə bir açıqlama deyil, açıq təhdid idi. İndi son qərarı rəsmi İrəvan verməlidir. Bu qərar intihara bərabər ola bilər.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki