Ermənistanın baş naziri Nikol Paşinyan yerli mediaya müsahibəsində maraqlı detallara toxunub. Vətəninfo.az xəbər verir ki, Paşinyan Vaşinqton razılaşmasının region ölkələri üçün iqtisadi və siyasi faydalarını vurğulayan Ermənistanın baş naziri “Tramp yolu”nun məqsədinin fikir ayrılıqlarını və gərginliyi artırmaq olmadığını bildirib və bu layihənin İran, Rusiya və Türkiyəyə də fayda verə biləcəyini bildirib.
Paşinyan deyib ki, bu saziş həyata keçərsə, məsələn, Tehran Fars körfəzini Qara dənizə birləşdirən dəmir yolundan faydalana biləcək, Rusiya və İran da iki ölkə arasında birbaşa dəmir yolu xətti yaratmaq imkanı əldə edəcək.
Nikol Paşinyan “Fox News” telekanalına müsahibəsində deyib ki, İrəvan, Bakı və Vaşinqton arasında bu yaxınlarda imzalanmış sənədin “Tehran və Moskva üçün də nəzərəçarpacaq faydaları var”.
Bu razılaşma İran və Rusiyanın ABŞ-nin regional layihələrdəki rolundan narahatlığını ifadə etdiyi bir vaxta təsadüf edib.