image-2backend

“PAŞİNYANI DEVİRMƏYİN YOLU ONU ÖLDÜRMƏKDİR” – “Radikallar küçəyə 2-3 mindən çox etirazçı çıxara bilmirlər”

image-reklam_sirab_01

“Ermənistanın radikal müxalifətinin Baş nazir Nikol Paşinyanı hazırkı mərhələdə devirmək ehtimalını yüksək qiymətləndirmirəm. Əgər radikallar Ermənistanın daha ağır məğlubiyyət aldığı İkinci Qarabağ müharibəsinin sonunda Paşinyanı devirə bilmədilərsə, indi devirmək resursları daha azdır”.

Bunu politoloq Elxan Şahinoğlu Ermənistandakı hazırkı vəziyyəti dəyərləndirərkən deyib.

 

“Ermənistanın susqun çoxluğu Azərbaycanın hazırkı qələbəsinə sevinib, çünki Qarabağ yükündən qurtulublar, erməni ailələr bundan sonra övladlarını Azərbaycan ərazisinə ölümə göndərməyəcəklər”, – o əlavə edib.

Təhlilçi deyir ki, radikallar küçəyə 2-3 mindən çox etirazçı çıxara bilmirlər. Onun sözlərinə görə, bu sayla hökuməti istefaya məcbur etmək mümkün deyil: “Ermənistan cəmiyyəti Paşinyana real alternativ görsəydi, hazırkı Baş nazirdən imtina edərdi. Alternativ yoxdur. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan Paşinyana alternativ deyillər, onların erməni cəmiyyətində dəstəkləri qalmayıb”.

E.Şahinoğlu vurğulayıb ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın yolu ona qarşı terror təşkil etməkdir, yəni Baş naziri öldürməkdir. “Tutaq ki, hansısa yolla Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırdılar. Hakimiyyətə yiylənən radikal Baş nazir erməni cəmiyyətinə nə təklif edəcək? Həmin radikal Baş nazir Paşinyanın Azərbaycan və Rusiya Prezidentləri ilə imzaladığı 9 noyabr 2020-ci il ortaq bəyanatından imtina edərsə, Azərbaycanla Ermənistan arasında yeni müharibə başlayacaq, bu dəfə Ermənistanın yarısını itirəcəklər. Bunu erməni cəmiyyəti də anladığından hələ bir müddət Nikol Paşinyanla yola davam edəcək. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Sülh sazişini Azərbaycanla müharibədə məğlub olan Paşinyana imzalatdırmaq lazımdır”, – politoloq qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image