image-1backend

“Paşinyanı Türkiyə xüsusi təyinatlıları qorumalıdır”

image-reklam_sirab_01

Türkiyə xüsusi təyinatlıları Paşinyanın təhlükəsizliyini təmin etməlidir.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin “Sözcü” TV-nin efirində Türkiyənin tanınmış siması, “Independent” Türkcə saytının baş redaktoru Nevzat Çiçək deyib.

O xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan erməni cəmiyyətini böyük Ermənistan xülyasından əl çəkməyə və indiki Ermənistanı sərhədləri ilə qəbul etməyə çağırıb.

Çiçək Ermənistan hökuməti başçısının helikopteri ilə bağlı son insidenti də xatırladıb. O, bu işin Türkiyədə narahatlıq doğurduğunu vurğulayıb.

Türkiyəli xadim onu ​​da bildirib ki, onun sözləri bir çox insanı qəzəbləndirsə də, Nikol Paşinyanın təhlükəsizliyinin Türkiyə xüsusi təyinatlıları tərəfindən təmin edilməsində israrlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki