Bu səhər Ermənistanın baş naziri Nikol Paşinyanın Türkmənbaşıda velosiped gəzintisindən sonra ona xoş səhər arzulayan video paylaşıb və fonda Azərbaycan dilində musiqisi səslənib. Azərbaycanofob cəimyyətdə bu böyük qalmaqal və etirazlara səbəb olub.
Vətəninfo.az xəbər verir ki, məsələyə Baş nazirin mətbuat katibi Melaniya Harutyun rəsmi şəkildə aydınlıq gətirməyə məcbur olub.
Araratnews-un sualına cavab olaraq Melaniya Harutyunyan VİDEOdakı musiqinin fəvvarələrdən gəldiyini və fəvvarənin öz musiqisi olduğunu aydınlaşdırıb.
“Video səhər saat 5:30-da çəkilib və beləliklə, fəvvarələr işlədiyi və musiqi ilə müşayiət olunduğu üçün Baş nazirin diqqətini cəlb edib”.


























