Pavel Durova Fransanı tərk etmək qadağan edilib
“Telegram”ın həmtəsisçisi Pavel Durovun 2025-ci ilin martına qədər Fransanı tərk etməsi qadağan edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Paris Match” jurnalı yazıb.
39 yaşlı Durov Paris yaxınlığındakı Le Bourget hava limanında həbs edilib və mesajlaşma proqramında qeyri-qanuni fəaliyyətlə bağlı bir neçə cinayətdə ittiham olunub.
Məhkəmə onu Fransa ərazisini tərk etmək hüququ olmadan 5 milyon avro girov müqabilində azadlığa buraxıb. Qeyd olunur ki, Durov 5 milyon avroluq girovu hissə-hissə ödəyə bilər.