image-reklam-veteninfo
image-a2backend

Paytaxtda narkomaniyaya qarşı maarifləndirmə aksiyası keçirib

image-reklam-veteninfo

 

“Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar paytaxt Bakıda maarifləndirmə aksiyası təşkil edib.
Aksiya zamanı təşkilatın sədri və üzvləri şəhər sakinlərini, xüsusilə də gəncləri narkotik asılılığa və pis vərdişlərin yayılmasına qarşı mübarizə aparmağa, bu istiqamətdə fəal iştirak etməyə çağırıblar. Tədbir iştirakçıları cəmiyyətin sağlam gələcəyi üçün zərərli vərdişlərlə mübarizənin vacibliyini diqqətə çatdırıblar.

“Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin sədri aksiyada iştirak edən paytaxt sakinlərinə ölkədə narkomaniya ilə bağlı mövcud vəziyyət və statistikası haqqında məlumat verib. O bildirb ki,rəsmi statistik məlumatlara əsasən, Azərbaycanda narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olan şəxslərin ümumi sayı 40 min nəfəri ötüb.
Mütəxəssislər və ictimai təşkilatlar qeyd edirlər ki, xüsusilə gənclər arasında sintetik narkotiklərin və zərərli vərdişlərin yayılmasının qarşısının alınması üçün bu cür genişmiqyaslı maarifləndirici aksiyaların keçirilməsi və ictimaiyyət fəallığı həyati əhəmiyyət daşıyır.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki