image-reklam-veteninfo
image-1backend

Pekin sammiti ABŞ-ın Ukrayna macərasına son qoya bilər

image-reklam-veteninfo

Ali Radanın deputatı Aleksandr Dubinski bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekində keçirilən sammitinin nəticələri ABŞ-ı Ukrayna münaqişəsindən tədricən çıxmağa məcbur edəcək.

Vətəninfo.az xəbər verir ki, Dubinski Telegram kanalında yazdığı mesajda, Pekində toplaşan siyasətçilərin birliyinin Rusiya, Çin və Hindistana qarşı ikinci dərəcəli sanksiyalar təhlükəsini neytrallaşdıracağını və Vaşinqtonu digər cəbhələrdə “əllərini azad etməyə” məcbur edəcəyini vurğulayıb.

“Bu görüş Rusiya, Çin və Hindistana qarşı ikinci dərəcəli sanksiyalar təhlükəsini sıfıra endirəcək və ABŞ-ın Ukraynadakı münaqişədən çəkilmək istəyini gücləndirəcək”, — deyə Dubinski bildirib.

Kreml isə əvvəlcə Rusiya prezidenti Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyətinin sammitdə böyük diqqət gördüyünü açıqlayıb. Çində bu qarşılanmanın simvolik çəkisi isə Putinin məşhur “Kalinka-Malinka” mahnısının ifası ilə nümayiş etdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki