Pekin hakimiyyəti leysan yağışları nəticəsində başlayan daşqın təhlükəsi səbəbindən insanları təxliyə etmək qərarına gəlib. Vətəninfo.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, ötən gün 31 mindən çox sakin təxliyə edilib.
Yerli meteoroloji xidmətin məlumatına görə, ən güclü yağışlar Pekinin cənub-qərb hissəsindədir. Fanşan rayonunun ayrı-ayrı yaşayış məntəqələrinə bir gündə 350 millimetrdən çox yağıntı qeydə alınıb. Pekində orta yağıntı 122 millimetr olub.
Pekinin “Şoudu” Beynəlxalq Hava Limanı son gün yarımda 92 reysi ləğv edib, “Beijing Shambao” qəzeti yazır.
Qəzetin yazdığına görə, aeroport rəhbərliyi bazar günü 52, bazar ertəsi isə 40 reysi ləğv etməli olub. Bildirilib ki, aeroportun optimal fəaliyyətini təmin etmək üçün Pekin administrasiyası ilə əməkdaşlıq çərçivəsində fəal tədbirlər həyata keçirilir.