Vaşinqtonda Pekinin Moskvanı silahla təchiz etdiyinə dair heç bir sübut yoxdur, lakin ABŞ müxtəlif Çin şirkətlərindən Rusiya Federasiyasına texnologiyanın ötürülməsindən narahatdır.
Vətəninfo.az “TASS”a istinadən verdiyi məlumata görə, bunu iyunun 12-də ABŞ-ın dövlət katibi Entoni Blinken İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə birgə mətbuat konfransında bildirib.
Dövlət katibi vurğulayıb ki, əvvəllər Çin tərəfi Ukraynada xüsusi hərbi əməliyyat keçirmək üçün Rusiyaya mümkün silah tədarükündən yayınıb. “Biz bu xəttin keçdiyini görməmişik, lakin Rusiyaya texnologiya, eləcə də ikili istifadə texnologiyası təqdim edən özəl şirkətlərlə bağlı narahatlıqlarımız var. Problem budur. Biz bu məsələni əvvəllər də qaldırmışıq”, – Blinken bildirib.