image-1backend

Pentaqon: ABŞ   Suriyada yeni hərbi baza tikmir

image-reklam_sirab_01

ABŞ Suriyanın şimalındakı Kobani bölgəsində yeni hərbi baza yaratmır və kürd qüvvələri ilə patrul əməliyyatları keçirməyi planlaşdırmır.

Vətəninfo.az xəbər verir ki,  bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq bildirib. O, Suriyanın şimalında Amerika və Fransa hərbçilərinin yerləşdirilə biləcəyi ilə bağlı məlumatı da şərh edib.

“Mən ABŞ-Fransa birgə patrullarından xəbərsizəm, əgər bunu nəzərdə tutursunuzsa, deməli, mən belə bir şey bilmirəm” dedi.

Sinq həmçinin əmin edib ki, ABŞ Suriyadakı qüvvələrinin sayını dəyişməyi planlaşdırmır.

Bundan əvvəl “Al Hadath” telekanalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, Fəratın şərq sahilindəki Ayn əl-Ərəb (Kobani) şəhəri ərazisində ABŞ-ın yeni bazası yaradılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image