Pentaqonun sözçüsü, mayor Çarli Dits Rusiyanın ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlarda iştirakı ilə bağlı bəyanatlarını şərh edərkən bildirib ki, Kiyev Rusiyaya hücum edərkən hədəflərini seçir.
“Ukrayna hədəflərin seçilməsi ilə bağlı öz qərarını verir və hərbi əməliyyatlarını həyata keçirir”, – Vətəninfo.az TASS-a istinadən verdiyi məlumata görə, onun sözlərini Reuters agentliyi sitat gətirib.
Ağ Ev, Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyi TASS-ın Sevastopol zərbəsini şərh etmək istəyinə hələ cavab verməyib.
Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi iyunun 23-də saat 12:15-də Ukrayna tərəfinin kasetli döyüş başlıqlarına malik beş Amerika ATACMS operativ-taktiki raketindən istifadə edərək Sevastopol şəhərinə hücum etdiyini açıqlamışdı.