ABŞ-ın müdafiə naziri Lloyd Ostin sidik kisəsi ilə bağlı problemlərə görə tibbi müayinədən keçib və vəzifəsinə qayıdıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Prosedur Vaşinqton yaxınlığındakı hərbi xəstəxanada iki saat yarım çəkdi və bu müddət ərzində Ostin öz səlahiyyətlərini müavini Keytlin Hiksə təhvil verdi.
Ötən ilin sonunda Pentaqon rəhbəri prostat vəzi xərçəngindən əməliyyat olunub, daha sonra sidik yollarının iltihabı və qarın boşluğunda mayenin yığılması ilə bağlı uzun müddət müalicə olunub. Səhhətindəki problemləri gizlətdiyi üçün çox tənqid olundu.