image-reklam-veteninfo
image-1backend

Peskov: ABŞ vasitəçilik missiyasından geri çəkilmir

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin həllində vasitəçi olmaqda davam edir.

Onun sözlərinə görə, ABŞ “ən qısa zamanda nəticələr əldə etməkdə” maraqlıdır və bu barədə prezident Donald Tramp danışıb.

Rusiya lideri Vladimir Putin də bu fikirdədir. Peskov vurğulayıb ki, hər kəs münaqişəni mümkün qədər tez həll etmək istəyir.

“Biz ilk növbədə bu münaqişənin əsas səbəblərini aradan qaldırmaqla tezliklə həll olunmasında maraqlıyıq.

Kreml sözçüsü ABŞ-ın “çox effektiv vasitəçilik xidmətləri” göstərdiyini də qeyd edib. Rusiya ilə Ukrayna arasında təmas qurulub, “indi isə faktiki olaraq birbaşa təmaslar həyata keçirilir”, o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki