ABŞ prezidenti Donald Tramp həqiqətən də Ukrayna probleminin həlli ilə məşğuldur, Avropa liderləri isə açıq şəkildə Ukraynayönlü mövqe nümayiş etdirirlər.
Vətəninfo.az xəbər verir ki , bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə açıqlamasında deyib.
“ABŞ prezidenti Donald Trampın mövqeyi buna baxmayaraq, kifayət qədər neytraldırsa və o, həqiqətən də nizamlanma məsələləri ilə məşğuldursa, deməli, Avropa liderlərinin mövqeyi açıq şəkildə Ukraynayönümlüdür”, – Peskov bildirib.