İran Prezidenti Məsud Pezəşkian jurnalistlərlə görüşü zamanı azərbaycanca zarafat edib.
Görüş zamanı jurnalistlərdən biri prezidentə mikrofon uzadaraq ondan media nümayəndələrinə sual ünvanlamasını istəyib.
Pezəşkian isə azərbaycanca gülərək cavab verib: “Axı məndə mikrofon var, o birini neynirəm?”
Prezidentin bu səmimi zarafatı sosial şəbəkələrdə geniş marağa səbəb olub.