image-reklam-veteninfo
image-1backend

Pezeşkian: “«Bir kəmər, bir yol» təşəbbüsü qlobal inkişaf və sülh üçün yeni imkanlar yaradır”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, bu gün İran Prezidenti Məsud Pezeşkian Çinin CCTV telekanalına müsahibəsində “Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

“BRİKS sammitində mühüm məsələlər müzakirə olunub və razılaşdırılmış çərçivələr həyata keçirilərsə, ölkələr arasında ticarət xeyli asanlaşacaq. Bir kəmər, bir yol təşəbbüsü Çinin strateji pkanıdır və bu yol vasitəsilə ölkələr təcrübə mübadiləsi apara, həm də qlobal inkişaf və sülhə töhfə verə bilərlər”, – deyə, Pezeşkian vurğulayıb.

Pezeşkian vurğulayıb ki, təşəbbüs yalnız iqtisadi əməkdaşlıq deyil, həm də qlobal təhlükəsizlik və ədalətli inkişaf üçün yeni model təqdim edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki