Vətəninfo.az xəbər verir ki, İran prezidenti Məsud Pezışkian “Əl-Cəzirə” telekanalına müsahibədə ölkəsinin mövqeyini açıqlayıb. O bildirib ki, İran müharibə istəmir, ancaq atəşkəsə da etibar etmir və hər cür hücuma cavab verəcək.
“Müharibə istəmirik, ancaq atəşkəsə də arxalanmırıq. İran təslim olmayıb və olmayacaq, bu, hamıya aydındır. Biz diplomatiyaya və dialoqa inanırıq”, – deyə Pezeşkian qeyd edib.
O, İsrailin İranın raket hücumlarının nəticələrini gizlətməyə çalışdığını vurğulayıb. Pezeşkian əlavə edib ki, “bölgə ölkələri heç vaxt İrana qarşı son müharibədəki kimi dəstəkləyici mövqe göstərməyiblər”.