Vətəninfo.az xəbər verir ki, İran prezidentliyinə namizədlərin debatında Güney azərbaycanlı namizəd Məsud Pezeşkian hakimiyyətin xalqı aldatdığını və qiymətlərin artmasına şərait yaratdığını ifşa edib.
Pezeşkian deyib: “Mövcud tendensiya ilə səkkiz faiz artım mümkün deyil. İnsanları aldadırıq!
4-cü, 5-ci və 6-cı İnkişaf Proqramında ali rəhbər özü iştirak edirdi. Hamı deyirdi 20 faiz artım var. Niyə bunları ali rəhbər mühakimə etmir?”
Cəlili: “Həsən Ruhani hökuməti proqram hazırlamamışdı”.
Pezeşkian: “Sevdiyiniz prezident İbrahim Rəisi niyə bunu edib? Ətin qiyməti neçədir? Düyü neçədir? Ev neçəyədir? Maşın neçəyədir? Neçə idi, indi neçə olub?”