İran prezidenti Məsud Pezeşkian bu gün verdiyi açıqlamada ölkənin qarşılaşdığı problemlərin, xüsusilə su qıtlığı və digər böhranların həlli üçün ehtiyatlı yanaşma, elmi əsaslar və məlumatlı qərarlar tələb olunduğunu vurğulayıb.
Vətəninfo.az xəbər verir ki, İran prezidenti bildirib ki, hakimiyyət uğrunda mübarizə mənasızdır və bu mübarizə xalqa xidmət yolunda səylərlə əvəz olunmalıdır.
“Bəzən başqalarının seçdiyi yol bizimkindən daha yaxşı, daha az xərcli və keyfiyyətli ola bilər. Bu halda həmin yol qəbul edilməli və təkmilləşdirilməlidir. Əgər kimsə daha yaxşı həll yolu təqdim edə bilirsə, bu təklifləri ortaya qoymalı və məsələni həll etməlidir. Çünki əməlsiz sözlər nəticə vermir”, – deyə Pezeşkian qeyd edib.
Ölkə rəsmilərinin və dövlət qurumlarının üzərinə düşən məsuliyyətə toxunan hökumət başçısı qeyd edib: “Onlar Allaha təvəkkül edərək, kollektiv səylə və elmi yanaşma ilə xalqın problemlərini həll etməlidirlər”.