image-1backend

Pezeşkian Nyu-Yorka yola düşdü

image-reklam_sirab_01

İran Prezidenti Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında iştirak etmək və beynəlxalq məsələlərdə İran İslam Respublikasının mövqelərini izah etmək məqsədilə bu gün səhər, 22 sentyabr 2024-cü il, yüksək rütbəli siyasi nümayəndə heyətinə başçılıq edərək Nyu-Yorka yola düşüb.

Bu barədə İRNA xəbər verib.

Məsud Pezeşkian BMT Baş Assambleyasında iştirak və çıxış etməklə yanaşı, gələcək paktın liderlərinin görüşündə də çıxış edəcək və həmçinin Baş Assambleyanın 79-cu sessiyasında iştirak edən bir sıra ölkələrin başçıları ilə görüşlər keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki