image-reklam-veteninfo
image-1backend

Pezeşkian Putinə: “İranın qırmızı xətti milli maraqlarımız və hüquqlarımızdır”

image-reklam-veteninfo

İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Vətəninfo.az xəbər verir ki, söhbət zamanı tərəflər Yaxın Şərqdəki son vəziyyəti, atəşkəs prosesini, eləcə də Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqları müzakirə ediblər.

Pezeşkian Tehran–Vaşinqton danışıqlarında əsas maneənin ABŞ-nin “ikili standartları” olduğunu bildirib. İran Prezidenti ölkəsinin milli maraqları və hüquqlarının Tehran üçün “qırmızı xətt” təşkil etdiyini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquq normalarına riayət edəcəyi təqdirdə İranla razılaşmanın əldə olunması mümkündür.

Vladimir Putin isə Rusiyanın mövcud böhranın siyasi və diplomatik yollarla həllini dəstəklədiyini bildirib.

Rusiya Prezidenti İranın milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb. Putin həmçinin İran və Rusiya arasında Hərtərəfli Strateji Müqavilə çərçivəsində əməkdaşlığın və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin davam etdirilməsini dəstəklədiyini qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki