image-reklam-veteninfo
image-1backend

Pezeşkian Şəms Təbrizini Azərbaycan-İran əlaqələrinin simvolu adlandırdı

image-reklam-veteninfo

İranın Xoy şəhərində böyük sufi şairi və mütəfəkkiri Şəms Təbrizinin xatirəsinə ucaldılmış abidənin və onun adını daşıyan mədəniyyət kompleksinin açılışı keçirilib.

Vətəninfo.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian açılış mərasimində çıxışı zamanı Şəms Təbrizi kompleksinin və məqbərəsinin elmi araşdırmalar, mədəni dialoq və mistik-fəlsəfi irsin öyrənilməsi baxımından beynəlxalq mərkəzə çevrilə biləcəyini bildirib.

Pezeşkian Şəms Təbrizinin irsini Azərbaycanla İran arasındakı tarixi-mədəni əlaqələrin, eləcə də mənəviyyat, hikmət və humanizm dəyərlərinin mühüm simvollarından biri kimi qiymətləndirib.

İran Prezidenti qeyd edib ki, Xoy şəhəri Şəms Təbrizi və Mövlanə Cəlaləddin Ruminin irsini araşdıran alim və tədqiqatçıların toplaşdığı beynəlxalq elmi-mədəni mərkəzə çevrilmək potensialına malikdir.

Onun sözlərinə görə, Şəms Təbrizinin irsi yalnız İran üçün deyil, region və dünya mədəniyyəti üçün də mühüm əhəmiyyət daşıyır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki