Vətəninfo.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian gələn həftə BMT-nin Baş Assambleyasının sessiyasında çıxış etmək üçün Nyu-Yorka yollanacaq.
Məlumata görə, bu səfər ABŞ-nin İranın nüvə obyektlərinə hücumu fonunda kritik bir vaxta təsadüf edir. Pezeşkian səfərində ölkənin xarici işlər naziri Abbas Əraqçı tərəfindən müşayiət olunacaq.
Səfər zamanı İran prezidenti Avropa üçlüyünün rəsmiləri ilə “tətik mexanizmi” və nüvə məsələsi ilə bağlı məsləhətləşmələr aparacaq. Bu görüşlər, hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə müzakirələr üçün önəmli bir platforma kimi qiymətləndirilir.