Vətəninfo.az saytı xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Təbrizin “Traktor” və Tehranın“Persopolis” futbol komandalarının paytaxtdan keçirilən oyunundan baş verənlərə münasibət bildirərək deyib: “Tehranın Azadi stadionunda baş verənlər və verilən təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir”.
Azərbaycan dilində çıxışı zamanı, Pezeşkian, qeyd edib: “Bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər”.
İran prezidenti məsələnin araşdırılması və tədbir görülməsi məsələsini nazirlə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün ona tapışırıq verəcəyini söyləyib, habelə Futbol Federasiyasının İntizam Komitəsinin səbəbkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini vurğulayıb.