image-1backend

Pezeşkian: Türkiyə bizim dostumuz və qardaşımızdır”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İran prezidenti Məsud Mezkian yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən ilk mətbuat konfransında jurnalistin Türkiyə-İran əlaqələrinin perspektivləri ilə bağlı türkiyəli jurnalistin sualına cavab olaraq deyib:
“Türkiyə bizim dostumuz və qardaşımızdır. Bu, qonşuluq münasibətindən çox, bizim qohumumuz və yaxınımızdır. Bu tərəf və o tərəf birdir. Biz bir-birimizlə ünsiyyət qurmalıyıq;
Bizim motivasiyamız və istəyimizdir ki, Türkiyə və İrana birgə sərmayələr təkcə bu iki ölkədə deyil, Pakistan, Əfqanıstan kimi ölkələrdə və başqa ölkələrdə də olsun;
Biz marşrut yarada bilərik ki, Türkiyəyə rahat gələk, siz də İrana rahat gəlib İran üzərindən Türkmənistan, Pakistan, Əfqanıstana gedəsiniz;
Türkiyəyə mütləq səfər edəcəyik, siyasətçiləri, alimləri, investorları dəvət edəcəyik. Türkiyə və İslam ölkələri ilə əlaqələrə çox ümid edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki