image-1backend

Pezeşkian: “ Türkmənistan  İranla qaz müqaviləsi bağlamaqdan imtina edib” 

image-reklam_sirab_01

İran prezidenti Məsud Pezeşkian Türkmənistan Respublikasının qaz sahəsində İranla müqavilə bağlamaqdan imtina etdiyini deyib. O, bu barədə dünən Tehranda baş tutan toplantıda bildirib. Onun sözlərinə görə, bununla bağlı ona Dövlət Planlaşdırma və Büdcə Təşkilatından məlumat verilib.
“Türkmənistan tərəfi İran dövlətinin bağlanan müqavilələrdə nəzərdə tutulan məbləği ödəyə bilmədiyini deyir. Bu dövlət nümayəndələrinə demək lazımdır ki, mövcud vəsaitə uyğun müqavilə bağla və yerinə yetirə bilməyəcəyin iddiaları etmə, imkanlarından artıq müqavilələr bağlama”,- deyə Pezeşkian aidiyyəti dövlət qurumlarını tənqid edib.
Bundan əvvəl də İranın Türkmənistanla bağlanan müqavilələrdə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi ilə bağlı məlumatlar yayılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image