“PKK terrorçu təşkilat olmaqla yanaşı Türkiyəni zəif görmək istəyən bir sıra dövlətin əlində alətdir. PKK bəlkə də dünyada yeganə terrorçu təşkilatdır ki, bir-birinə zidd ölkələr tərəfidən açıq və gizli dəstəklənir. Bu sırada ABŞ, Rusiya, İran, Yunanıstan, Fransa, hətta İsrail kimi dövlətlər yer alıb.” – bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib
Politoloq qeyd edib ki, Abdullah Öcalanın tərəfdarlarına ünvanladığı məktubda “silahı yerə qoyun” çağırışı həmin ölkələrin də diqqət mərkəzindədir.
“Həmin ölkələr çalışacaqlar ki, 1984-cü ildən Türkiyəyə qarşı terrora başlayan PKK öz varlığını hansısa formada davam etdirsin. PKK-çılardan silahı yerə qoymayanlar xarici mərkəzlərin tapşırığını yerinə yetirəcəklər. Türkiyə Öcalanın məktubundan da yararlanaraq var gücü ilə PKK alətini həmin dövlətlərin əlindən almağa çalışacaq.”-deyə Elxan Şahinoğlu əlavə edib.