image-reklam-veteninfo
image-1backend

PKK-nın Sincardakı qolu tərk-silah edilərək İraq ordusuna inteqrasiya olunacaq

image-reklam-veteninfo

İraq hökuməti PKK terror təşkilatının Sincar bölgəsindəki qolu olan “YBŞ” qruplaşmasının tərk-silah edilməsi və İraq ordusuna inteqrasiyası istiqamətində addımlar atır.

Vətəninfo.az xəbər verir ki, bu barədə İraq Baş nazirinin sözçüsü Sabah ən-Numan ölkənin rəsmi İNA xəbər agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İraqın Baş naziri Əli əz-Zeydinin nəzarəti altında qruplaşma ilə ölkənin təhlükəsizlik qüvvələri arasındakı hərbi əlaqələrin yenidən tənzimlənməsi üzrə tədbirlər həyata keçiriləcək.

Sabah ən-Numan qeyd edib ki, proses çərçivəsində Sincar dağında təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsuliyyət federal hökumətin müvafiq qurumlarına təhvil veriləcək. O vurğulayıb ki, bu addımlar İraq hökumətinin silahların dövlət nəzarətində cəmləşdirilməsi siyasətinə uyğundur.

Sözçü bu qərarın Sincar bölgəsində təhlükəsizlik baxımından yeni mərhələnin başlanğıcı olacağını bildirib.

O, həmçinin İraq Konstitusiyasının silahlı qüvvələrdən kənar hərbi birləşmələrin yaradılmasını qadağan etdiyini xatırladıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki