Suriyadan atılan raket mərmisi Türkiə ərazisinə düşüb. Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın şimalındakı separatçı terror təşkilatı YPG/PKK terrorçuları tərəfindən atılan 5 raket mərmisi Kilisə düşüb.
Raket mərmiləri Öncüpınar sərhəd-keçid məntəqəsi yaxınlığındakı boş əraziyə düşüb.
Hücum zamanı xəsarət alan olmayıb. Məlumata görə, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.


























