image-1backend

PKK-ya ağır zərbələr endirilib

image-reklam_sirab_01

İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 6 üzvü zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda İraqın şimalındakı Asos bölgəsində aşkar edilən 4 PKK terrorçusu ilə Suriyanın şimalındakı ”Fərat qalxanı” əməliyyatı bölgəsində aşkar edilən 2 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
“Biz terroru mənbəyində məhv etmək üçün gözlənilməz, sürətli və davamlı əməliyyatları davam etdiririk”, – deyə bəyanatda vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki