Separatçı terror təşkilatı PKK/YPG Suriyanın şərqindəki Deyr əz-Zor rayonunda ərəb qəbilələri ilə təşkilat arasında qarşıdurmalara yaxın ərazilərdə zəbt etdiyi yerlərdə aralarında qadınların da olduğu ərəb əsilli 8 mülki şəxsi saxlayıb.
Vətəninfo.az xəbər verir ki, PKK/YPG terrorçuları Deyr əz-Zorun şərq çölündə münaqişə bölgələrinə gedən yollarda çoxlu qondarma məntəqələr qurub. Onlar burada dinc sakinləri dayandıraraq Şuheyl kəndində 4 gənci, İzbe və Meamil bölgələrində 4 qadını saxlayıblar. Ərəb əsilli mülki şəxslərin hara aparıldığı hələlik məlum deyil.
Terror təşkilatı PKK/YPG-nin təzyiqi altında olan ərəb qəbilələri təxminən iki həftəlik fasilədən sonra sentyabrın 25-də yenidən təşkilata qarşı əməliyyata başlayıb.
Deyr əz-Zorun şərq çölündə PKK/YPG ilə ərəb qəbilələri arasında qarşıdurmalar fasilələrlə davam edir.
Ərəb tayfaları Deyr əz-Zorun şərq çölündə yerləşən Ziyban, Tayyane və Elraqib kəndlərini terrorçulardan qurtarıblar.
Terrorçular isə Hasəkə və Deyr əz-Zorda işğal etdikləri bölgələrdən toqquşma yerinə çoxlu sayda əlavə qüvvə göndərərək, qarşıdurmaların başqa yerlərə keçməsinin qarşısını almaq üçün “komendant saatı” elan ediblər.
Ərəb qəbilələri avqustun 27-dən sentyabrın 13-dək həyata keçirdikləri əməliyyatlarda Deyr əz-Zor, Rakka və Həsəkə əyalətləri ilə Hələbin Mənbic rayonlarında 33 kəndi terrordan təmizləyiblər. Lakin ərəblər separatçı terror təşkilatının hücumları nəticəsində mülki əhalinin tələfatının qarşısını almaq üçün bu kəndlərdən çəkilərək ABŞ-la danışıqlar masasına oturdular.


























