image-1backend

 PKK/YPG üzvü Suriyada terror həyata keçirdi

image-reklam_sirab_01

Suriyanın şimalındakı Hələb vilayətinə bağlı Mənbic rayonunda PKK/YPG terrorçuları tərəfindən bomba yüklü avtomobillə hücum həyata keçirilib.

Vətəninfo.az xəbər verir ki, Suriya Milli Ordusunun (SMO) başladığı “Azadlıq şəfəqi əməliyyatı” çərçivəsində 9 dekabrda PKK/YPG terror təşkilatından azad edilən Mənbic rayon mərkəzində bomba yüklü avtomobil partladılıb. Rayon mərkəzindəki Böyük Məscid ərazisində həyata keçirilən hücumda ölən və yaralananlar haqqında məlumat paylaşılmayıb.

SMO mənbələri hücumun PKK/YPG terror təşkilatı ünsürləri tərəfindən təşkil edildiyini bildirib. Bundan əlavə, terror təşkilatının ünsürləri 20 dekabrdan etibarən rayonun cənub-şərqindəki Tişrin Su Anbarı ətrafında SMO qüvvələrinə qarşı hücumlarını artırıb. Qrad raketləri kimi ağır silahlardan istifadə edən terrorçular Mənbicin altındakı tunellərdən çıxaraq ani hücumlar etməyə çalışırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image