Koreya Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi (CIO) prezident Yun Sok Yola qarşı həbs qərarının icrasını polisə həvalə etmək qərarına gəlib.
Vətəninfo.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
“Bu gecə Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi şübhəli Yun barəsində həbs qərarının icrasını Milli İstintaq Departamentinə təhvil verib”, – idarədən bildiriblər.
Qeyd edək ki, ötən ilin dekabr ayının 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi tələbi ilə prezidentin həbsinə order verib.
Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi Koreya Respublikasının Milli Polis Agentliyinin bir hissəsidir.