Amerikanın “POLITICO” qəzeti ABŞ agentliklərinin, eləcə də prezident Donald Trampın media orqanının Amerika hakimiyyəti tərəfindən maliyyələşdirilməsi ilə bağlı ittihamlarını təkzib edib.Vətəninfo.az-ın məlumatına görə , icraçı direktor Qoli Şeyxoleslami və baş redaktor Con Harris qəzetin saytında oxucular üçün bu barədə açıqlama yayıblar.
“Bizə abunə olan dövlət qurumları, daha yaxşı işləmək və daha səmərəli olmaq üçün aldıqları hər hansı digər alət kimi, bunu hökumətin araşdırma, avadanlıq, proqram təminatı və sənaye hesabatları sifarişi ilə həyata keçirməsi ilə eynidir. “Aydın deyək: POLITICO-nun hökumətdən heç bir maliyyə asılılığı və gizli gündəmi yoxdur”, – deyə birgə bəyanatda bildirilir.
Qəzetin rəhbərliyi onu da açıqlayıb ki, dövlət qurumları qəzetin müntəzəm abunəsini deyil, POLITICO Pro xidmətini alır.
“Bu, şirkətlər, təşkilatlar və bəli, bəzi dövlət qurumları tərəfindən istifadə olunan profil abunəsidir. Onlar abunə olurlar, çünki bu, siyasət, qanunvericilik və qaydalardakı dəyişiklikləri real vaxt rejimində izləməklə, xəbərlər, təhlillər və məlumatlar əldə etməklə öz işlərini daha yaxşı görməyə kömək edir”, – nəşrin rəhbərləri qeyd ediblər.
Onlar həmçinin əlavə ediblər ki, redaksiya öz prinsiplərinə və dəyərlərinə sadiq qalır və işini davam etdirmək niyyətindədir.
Bundan əvvəl ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən milyarder İlon Mask icra hakimiyyətinin Amerikanın POLITICO, The New York Times və The Associated Press qəzetlərinə abunəni dayandırdığını açıqlamışdı.
Öz növbəsində Tramp özünün Truth Social platformasında yazıb ki, POLITICO demokratlar haqqında müsbət məqalələr dərc etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 8 milyon dollar alıb.