“Mərhum dövlət başçısı Heydər Əliyevin “mövqe bildirin” çağırışına Milli Məclisin neçə deputatı riayət edir? Rusiyanın anti-Azərbaycan siyasətinə, rusiyalı deputatların millətimizi və dövlətimizi aşağılayan sözlərinə cavab verən deputatlarımız var, ancaq Milli Məclisdə əyləşən əksəriyyətin mövqeyi bəlli deyil, sanki gözləmə mövqeyindədirlər.” – bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.
Politoloq hesab edir ki, yüksək maaşlarla, xarici səfərlərlə və hansısa ölkədə ingilis dilində əzbərlənmiş çıxışlarla işlərini bitmiş hesab edənlərin səsini eşitmək istəyirik.
“Rusiyanın Azərbaycanda kəşfiyyat şəbəkəsinə başçılıq edənlər haqqında saytlarımızda yazılar yayımlanıb, bu haqda nə düşünürsünüz? Bu arada, 20 yanvar qətliamını törədənlərdən birinin – Yevgeniy Primakovun şərəfinə məmləkətimizdə yazı müsabiqəsi keçirənləri, “Azərbaycan Rusiyanın təsis etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır” deyənləri də unutmadıq…”- deyə politoloq əlavə edib.